ADMİU Ali təhsil müəssisələrinin sərgisində…

Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan və iyulun 31-dən avqustun 2-nə qədər davam edən Ali təhsil müəssisələrinin sərgisində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də öz heyəti ilə təmsil olunub.

Sərgidə abituriyentlər ADMİU ilə bağlı ətraflı məlumat əldə edib, universitet həyatı, tədris olunan ixtisaslarla yaxından tanış olmaq imkanı əldə ediblər.

Sərgidə universitet adından Rəssamlıq fakültəsinin dekan müavini Eldar Məmmədzadə və Media meneceri Sabir Abbaszadə iştirak ediblər.