ADMİU “Bakı Marafonu 2026″da…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU)
Tələbə Elmi Yaradıcılıq Cəmiyyəti (TEYC) üzvləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan
“Bakı Marafonu 2026″da iştirak ediblər.
Tədbirin əsas məqsədi cəmiyyətdə sağlam həyat tərzinin təbliği, gənclərin fiziki aktivliyə təşviqi və ictimai həmrəyliyin gücləndirilməsidir. TEYC üzvlərinin bu tədbirdə iştirakı tələbələrin sosial və ictimai fəaliyyətlərə aktiv inteqrasiyasının göstəricisidir.
Qeyd edək ki, bu kimi tədbirlər gənclər arasında sağlam həyat vərdişlərinin formalaşdırılması və komanda ruhunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.