ADMİU beynəlxalq əlaqələrini genişləndirməyə davam edir

TÜRKSOY-un təşəbbüsü, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi və Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyasının təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Türk dünyası Tələbə Teatrları festivalı çərçivəsində Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında rəsmi görüş baş tutub və iki tərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb. 

Memorandumu ADMİU-nun rektoru professor C.Mahmudova və Temirbek Jürgenov adına Milli İncəsənət Akademiyasının rektoru Arman Adelxanoviç Jidebaev imzalayıblar.

Müqaviləyə əsasən, təhsil və incəsənət sahələrində birgə layihələr, akademik mobillik, ikili diplom proqramı, müəllim və tələbələrin təcrübə mübadiləsi, yaradıcılıq görüşləri və elmi əlaqələrin inkişafı nəzərdə tutulur.