ADMİU Beynəlxalq “Ənənədən gələcəyə informasiya və sənəd menecmenti” Simpoziumunda

28-29 noyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində keçirilmiş III Beynəlxalq “Ənənədən gələcəyə informasiya və sənəd menecmenti” Simpoziumunda ADMİU təmsil olunub. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş simpozium Bakı Dövlət Universiteti, Türkiyənin Bartın Universiteti, Çankırı Karatekin Universiteti və Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişov, Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov və müəllim Aysel Həsənovanın iştirak etdiyi simpoziumda ADMİU-nun Kitabxanaçılıq və informasiya fəaliyyəti, habelə Muzey, Arxiv işi və abidələrin qorunması ixtisasları üzrə kadr hazırlığı məsələləri, sahə üzrə prioritet istiqamətləri, akademik fəaliyyəti və elmi tədqiqatları barədə geniş fikir mübadiləsi aparılıb. “Yaşıl kitabxanalar və davamlı inkişaf” adlı bölmə iclasında A.Həsənova “Yaşıl dünya naminə yaşıl kitabxana ideyası” mövzusunda tədqiqat işinin elmi nəticələrinə dair çıxış edib. Beynəlxalq tədbirdə, ümumilikdə Azərbaycan, Türkiyə və Özbəkistanın 17 universitetini təmsil edən nüfuzlu alimlərin, gənc tədqiqatçıların, həmçinin ölkəmizin kitabxana və muzey əməkdaşlarının kitabxana-informasiya fəaliyyəti, muzey və arxiv işinin müxtəlif problemlərinə həsr olunmuş 60-a yaxın məruzəsi dinlənilib.