ADMİU Beynəlxalq Sosial İş Gününə həsr olunmuş tədbirdə təmsil olunub

Martın 14-də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sosial-mədəni fəaliyyət kafedrasının müəllimi Lalə Məcidova və Sosial iş ixtisasının 3-cü kurs tələbələri Bakı Biznes Universitetində Beynəlxalq Sosial İş Gününə həsr olunmuş debat tədbirində iştirak ediblər.
Görüş sosial işin mahiyyətini və onun cəmiyyət üçün əhəmiyyətini daha dərindən dərk etmək baxımından mühüm bir platforma kimi yadda qalıb. Tələbələrimiz debat zamanı göstərdikləri analitik düşüncə, dərin bilik və komanda ruhu ilə yüksək peşəkarlıq nümayiş etdiriblər.