ADMİU-da əcnəbi tələbələrlə görüş keçirilibAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təhsil alan əcnəbi tələbələrin bir qismi ilə ənənəvi görüş keçirilib
Görüşdə tədris prosesi, universitetdaxili nizam-intizam qaydaları və akademik öhdəliklər barədə məlumat verilib. Həmçinin miqrasiya prosedurları, sənədləşmə məsələləri və tələbələrin universitet həyatında fəal iştirakı müzakirə olunub.
Tələbələrin sualları cavablandırılıb, onları maraqlandıran məsələlərlə bağlı məlumat və tövsiyələr təqdim edilib.
Görüş əcnəbi tələbələrin təhsil müddətində qarşılaşa biləcəkləri məsələlər barədə məlumatlandırılması, universitet mühitinə uyğunlaşmalarına dəstək göstərilməsi və onlarla səmərəli ünsiyyətin gücləndirilməsi məqsədi daşıyıb.

