ADMIU-da “Açıq qapı” günləri keçirilib
1-6 may tarixilərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bütün fakültələrində “Açıq qapı” günləri baş tutub.
Açıq qapı günlərində hər fakültə müvafiq ixtisaslar üzrə orta məktəblərin son sinif şagirdlərini, abituriyentləri qəbul edib, onları universitetin ab-havası, keçirilən ixtisaslarla tanış ediblər.
Abituriyentlər, müəllimlər və valideynlər mayın 1-də Audiovizual sənətlər fakültəsində rejissorluq (kino rejissoru ixtisaslaşması), operator sənəti, bədii yaradıcılıq və ekran dramaturgiyası, sənətşünaslıq (kinoşünaslıq) ixtisasları, mayın 2-3-də Rəssamlıq fakültəsində dekorativ-tətbiqi sənət ixtisası (bədii xalça, bədii toxuculuq ixtisaslaşmaları), dizayn ixtisası (geyim dizaynı ixtisaslaşması), təsviri incəsənət müəllimliyi, dizayn (qrafika dizayn, interyer dizayn), qrafika, rəngkarlıq, sənətşünaslıq ixtisaslarını tədris edən professor-müəllim heyəti ilə görüşüblər.
Mayın 3-də daha iki fakültə- Teatr sənəti fakültəsi aktyor sənəti (dram teatrı və kino aktyoru, musiqili teatr aktyoru ixtisaslaşması), rejissorluq (teatr rejissoru ixtisaslaşması), sənətşünaslıq (teatrşünaslıq) ixtisasları, Kulturologiya fakültəsi isə sosial iş, sosiologiya, muzey, arxiv işi, abidələrin qorunması, turizm işinin təşkili, turizm bələdçisi, kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasları üzrə qonaqları qəbul ediblər.
Mayın 6-da son olaraq Musiqi sənəti fakültəsində açıq qapı günü keçirilib. Bu fakültə ilə maraqlanan abituriyentlər və onların valideynləri həmin gün burada tədris olunan populyar musiqi və caz ifaçılığı, vokal sənəti (xanəndəlik), instrumental ifaçılıq (sahələr üzrə), xalq çalğı alətləri ifaçılığı, aşıq sənəti, musiqi müəllimliyi, musiqişünaslıq ixtisaslarında tədris aparan professor-müəllim heyəti ilə görüşüb, dərslərdə iştirak ediblər.