ADMIU-da “Autizmə dəstək” təlimi keçirilib
“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Elm və Yaradıcılıq İşləri üzrə prorektoru, əməkdar mədəniyyət işçisi, dosent Sədaqət Əliyevanın dəvəti ilə təlim keçib.
Kulturologiya və Musiqi sənəti fakültəsinin I və II kurs tələbələrinin qatıldığı təlim “Aprel-Autizm Maarifləndirmə” ayı çərçivəsində baş tutub. “Autizmə dəstək” mövzulu təlimdə mövzuyla əlaqəli elmi əsaslı məlumatlar paylaşılıb, baş verən problemlər haqqında danışılıb və iştirakçıların sualları cavablandırılıb.
Aytən Eynalov çıxışında faydalı təlimin təşkili üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib və mərkəzin məzunu olmuş gənclərin hazırda bu universitetin tələbəsi olduğunu, diqqət və qayğı ilə nəzərdə saxlanıldığını qeyd edib.
Sonda çıxış edən Elm və Yaradıcılıq İşləri üzrə prorektoru Sədaqət Əliyeva Sosial iş IV kurs tələbələrin “Birgə və Sağlam” İctimai Birliyində təcrübə keçdiyini deyib və yaxın zamanda iki qurum arasında memorandumun imzalanacağını bildirib.