ADMİU-da Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Martın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ADMİU Həmkarlar İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə universitet rəhbərliyi, ADMİU-nun xanım əməkdaşları, tələbələr iştirak ediblər.
ADMİU-nun kafedra müdiri Əməkdar İncəsənət Xadimi Əli Əmirli, ADMİU “SABAH” qruplarının rəhbəri, Əməkdar artist Nofəl Vəliyev, ADMİU Həmkarlar İttifaqının sədri, Kulturologiya fakültəsinin dekanı Səyavuş Məhişov və başqaları çıxış edərək 8 mart gününün əhəmiyyətindən, qadının dünyadakı rolundan danışıb, başda ADMİU-nun rektoru professor Ceyran Mahmudova olmaqla universitetin xanım əməkdaşlarını və xanım tələbələri bayram münasibəti ilə təbrik ediblər.
Tədbirdə ADMİU-nun bir sıra xanım əməkdaşı və xanım tələbələri Fəxri Fərmanla təltif olunub.
Bayram tədbiri Musiqi sənəti fakültəsi tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib.