ADMİU-da Bilik Kubokunun II mərhələsi keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Bilik Kubokunun II mərhələsi keçirilib. ADMİU Xəzər İntellektual Gənclər Klubunun universitetlər arası mərkəzi təmsilçisi və Tələbə Gənclər Təşkilatının həmkar fəaliyyəti nəticəsində keçirilən universitetlər arası çempionatın finalçısı “Apocalypses” komandası olub.
Yarışın II turunda Xəzər İntellektual Gənclər Klubunun Mədəniyyət Layihələri üzrə təmsilçisi, ADMİU-nun tələbəsi İntizar Şahbazi Qasımzadə və klubun İnsan Resurları şöbəsinin rəhbəri Solmaz Qocayeva, habelə, ADMİU-nun Tələbə Gənclər Təşkilatının idarə heyəti və İntellektual Oyunlar klubu da iştirak edib.