ADMİU-da “Ekspressionizm: tarixi və əhəmiyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin Musiqi tarixi və nəzəriyyəsi, İnstrumental ifaçılıq kafedralarının təşkilatçılığı ilə “İncəsənət tarixi: XX əsrdən baxış” silsiləsindən “Ekspressionizm: tarixi və əhəmiyyəti” mövzusunda elmi-praktiki seminar keçirilib.
Seminarı giriş sözü ilə açan ADMİU-nun müəllimi Vəfa Abbasova bildirib ki, ekspressionizm dünya incəsənət tarixində ən önəmli cərəyanlardan biridir. Həmçinin, qeyd olunub ki, elmi-praktiki seminarda ADMİU-nun müəllim və tələbələrinin ifasında dünyanın görkəmli sənətkarlarının yaradıcılıqlarındakı sənət əsərləri səsləndiriləcək.