ADMİU-da “Folklor teatrının müasir etnomədəni məkanda mövcudluq parametrləri” mövzusunda konfrans keçirilib
Oktyabrın 15-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatrşünaslıq kafedrası tərəfindən “Folklor teatrının müasir etnomədəni məkanda mövcudluq parametrləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.
Folklor teatrının tədqiqatçısı professor Mahmud Allahverdiyevin 90, rejissor Vaqif İbrahimoğlunun 75 illik yubileyinə həsr olunan konfrans həndpən ifaçısı Əjdər Hümbətovun çıxışı ilə başlayıb.
Konfransı giriş sözü ilə açan universitetin rektoru professor Ceyran Mahmudova hər kəsi salamlayıb və Teatrşünaslıq kafedrasının gördüyü mühüm işlərdən danışıb. Folklorun incəsənətin, eləcə də teatrın ilkin mərhələsi olduğunu vurğulayan xanım rektor bu mövzunun gələcəkdə bakalavr və magistrlar tərəfindən tədqiqat mövzusu kimi araşdırılacağına ümid etdiyini deyib.
Konfransı idarə edən Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə qeyd edib ki, müasir etnomədəni məkanda folklor xüsusi önəm daşıyır. Qloballaşmış dünyada milli kimliyini itirmək təhlükəsi ilə üzləşən xalqların bu təhlükədən qurtulmasının ən magistral yollarından biri folklordan keçir. Bəs, folklor teatrı bu gün necə yaşayır, dünyəvi proseslər ona necə təsir edir, o cəmiyyətdə baş verən proseslərə necə təsir göstərir, folklor teatrını hansı perspektivlər gözləyir və s.?
Professor bildirib ki, konfransın məqsədi də adında ehtiva etdiyi bu suallara iki elmi istiqamətdə cavab axtarmaqdır:
Folklor teatrının tədqiqi problemləri.
Geriyə, xalq teatrına doğru!
Sonra məruzələr dinlənilib.
ADMİU-nun Teatrşünaslıq kafedrasının məsləhətçi-professoru, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Arktika Dövlət Mədəniyyət və İncəsənət İnstitutu Federal Dövlət Ali Təhsil Müəssisəsinin dosenti Mariya Markova, ADMİU-nun Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Altay Respublikası Büdcə Müəssisəsi P.V.Kuçiyak adına Milli Dram Teatrının ədəbi-dram hissə müdiri Aysura Karımova, T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının professoru, Teatr sənətinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri Anara Erkebay, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr və Kino Universitetinin dosenti Laşa Çxartişvili, AMEA Mİİ-nin Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov, Nişantaşı Universitetinin İncəsənət və Dizayn Fakültəsi Kommunikasiya Dizaynı Bölümünün pedaqoqu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyad Quluzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov maraqlı məruzələrlə mühüm mətləblərə toxunublar.
Daha sonra konfrans çıxışlarla davam edib, tələbələrin və iştirakçıların sualları cavablandırılıb.
Konfransın xarici iştirakçıları tədbirə Zoom platforması vasitəsi ilə