ADMİU-da “Gender bərabərsizliyi: miflər və gerçəklər” mövzusunda təlim keçirilib

Fevralın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və “VarYox” platformasının birgə təşkilatçılığı ilə universitetdə “Gender bərabərsizliyi: miflər və gerçəklər” mövzusunda təlim təşkil olunub. Təlim “VarYox” platformasının spikeri Əfsanə Tahirova tərəfindən keçirilib.
Təlimin əsas məqsədi Azərbaycanda və dünyada gender bərabərliyi sahəsindəki problemləri işıqlandırmaq, bu sahədə yayılmış yanlış anlayışları və stereotipləri müzakirə etmək, eləcə də gender bərabərsizliyinin səbəbləri və təsirləri haqqında məlumat vermək olub.
Əfsanə Tahirova tədbir iştirakçılarına gender bərabərsizliyinin müasir cəmiyyətdəki yeri, onun yaratdığı sosial, iqtisadi və psixoloji təsirlər barədə ətraflı məlumat verib. Təlimdə, həmçinin, gender bərabərliyi ilə bağlı müxtəlif miflər və gerçəkliklər müzakirə olunub.
Spikerin məruzəsindən sonra tələbələr mövzu ilə bağlı fikirlərini bölüşüb, suallarını ünvanlayıblar. Təlim diskussiya şəklində davam etdirilib.