ADMİU-da jurnalların DOAJ platformasında qeydiyyatdan keçməsi mövzusunda təlim baş tutub

Yanvarın 31-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Clarivate”in Azərbaycan nümayəndəsi İltifat İbrahimov jurnalların DOAJ platformasında qeydiyyatdan keçməsi və açıq resurslardan istifadə qaydaları haqqında təlim keçib.
Təlimdə ADMİU-nun professor-müəllim heyəti, doktorant və dissertantlar iştirak ediblər.
İ.İbrahimov təlimdə jurnalların DOAJ platformasından keçməsi, eyni zamanda nüfuzlu jurnallarda məqalələrin çap edilməsi yönündə bilgilər paylaşıb və iştirakçıların suallarını cavablandırıb.