ADMİU-da “Keyfiyyət təminatı bələdçisi” qaydalar toplusu nəşr olunub
“Keyfiyyət təminatçı bələdçisi” qaydalar toplusu ali təhsil müəssisələrində tədris, idarəetmə və qiymətləndirmə proseslərinin milli və beynəlxalq standartlara uyğun şəkildə sistemli və davamlı təkmilləşdirilməsini təmin edən vahid sənəddir. Bələdçi, universitetin keyfiyyət təminatı mexanizmlərinə sistemli yanaşmanı müəyyən etməklə, məzunların rəqabət qabiliyyətinin yüksəlməsinə və əmək bazarında uğurlu mövqe tutmasına mühüm töhfə verir.
Nəşrin əsas məqsədi təhsilin keyfiyyətini və şəffaflığını artırmaq, davamlı inkişafı təmin etmək, akademik standartları qorumaq və tələbəyönümlü təhsil mühiti yaratmaqdır.
Bələdçi, universitet daxilində keyfiyyətin təmin olunması üçün prosedurların və daxili mexanizmlərin effektiv tətbiqinə imkan yaradır, tədris və idarəetmə sahəsində ən yaxşı təcrübələrin formalaşmasına zəmin hazırlayır.
ADMİU rəhbərliyi bu təşəbbüsü ali təhsil sahəsində şəffaflıq və keyfiyyət mədəniyyətinin inkişafı istiqamətində önəmli addım kimi qiymətləndirir və universitetin bütün struktur bölmələrinin bələdçidə öz əksini tapmış qaydalara əməl etməsini tövsiyə edir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzinə Keyfiyyət təminatı və strateji planlama departamenti tərəfindən hazırlanmış “Keyfiyyət təminatı bələdçisi” adlı qaydalar toplusunun 2 nüsxəsi daxil olmuşdur. Topludan istifadə etmək istəyənlər Kitabxana-informasiya mərkəzinə müraciət edə bilərlər.

