ADMİU-da kreativ düşüncə və layihə idarəçiliyi təlimi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Yaradıcılıq layihələrinin idarə olunması şöbəsinin mütəxəssisi Toğrul Qasımov “Kreativ layihələrdə uğur düsturu” mövzusunda təlim keçib.
Təlim zamanı iştirakçılar kreativ layihə anlayışı, ideyadan reallaşmaya qədər mərhələlər, eləcə də komanda idarəçiliyi və layihə menecmenti üzrə praktiki biliklər əldə ediblər.
Təlimin praktiki sessiyasında gənclər öz layihə təkliflərini irəli sürüb, müzakirələr zamanı ideyalar təkmilləşdirilib və onların həyata keçirilməsi yolları müəyyənləşdirilib.
Bu kimi tədbirlər gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək və innovativ layihələrin sayını artırmaq məqsədi daşıyır.







