ADMİU-da “Maddə asılılığı mövzusunda Sosial işçinin rolu və funksiyası” adlı təlim keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsininSosial-mədəni fəaliyyət kafedrasının Sosial işixtisasında təhsil alan tələbələr üçün “Maddə asılılığımövzusunda Sosial işçinin rolu və funksiyası” adlıtəlim keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 1334 nömrəliSərəncamına əsasən “Narkotik vasitələrin, psixotropmaddələrin və onların prekursorlarının qanunsuzdövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair2019-2024 –cü illər üçün Dövlət Proqramı”nı əsastutaraq keçirilən təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosialxidmətlərin təşkili departamentinin böyükmütəxəssisi Vüsalə Əhməd sözügedən mövzu iləbağlı çıxış edib.
Təlimdə maddə asılılığı, bunu yaradan səbəblər, zərərləri və bu prosesdə Sosial işçinin rolu haqqındageniş və ətraflı məlumat verililib.
Sonda tələbələrin sualları cavablandırılıb və maddəasılığından mübarizəyə dair müzakirələr aparılıb.