ADMİU-da “Musiqi terapiyası” üzrə təlim proqramı

6–10 aprel 2026-cı il tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) professor-müəllim heyəti və mütəxəssislər üçün 5 günlük “Musiqi terapiyası” təlim proqramı təşkil olunacaq.

Təlimlər Azərbaycan Dövlət Konservatoriyasının məzunu, Almaniyada musiqi terapiyası ixtisası üzrə təhsil almış, Almaniyanın Essen şəhərində yerləşən Folkvang İncəsənət Universitetinin professoru, Königsborn (Unna şəhəri) ərazisində yerləşən uşaq tibb müəssisəsinin və əlilliyi olan şəxslər üçün yaşayış və reabilitasiya mərkəzinin mütəxəssisi Sara Kərimişad Həsənpur tərəfindən aparılacaq.

Təlimdə aşağıdakı mövzular təqdim olunacaq:

  • Musiqinin psixoloji və emosional təsiri
  • Musiqi alətlərinin və texnikaların tətbiqi
  • Stress və gərginliyin azaldılması yolları
  • Fərdi və qrup dərslərində tətbiq olunan metodlar
  • Praktik məşqlər və nümunəvi dərslər

Təlimi başa vuran iştirakçılara bitirmə haqqında sertifikat təqdim  olunacaq.

Tədris dili: Azərbaycan dili

Digər müəssisələrdən müraciət edən dinləyicilər üçün ödəniş məbləği: 120       (yüz iyirmi) AZN. 

Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

  1. Şəxsiyyət vəsiqəsi (surəti ilə birlikdə).
  2. Ali təhsil haqqında diplomun surəti.

Əlaqə üçün:

Tel.: +994 12 599 00 54 (105)

Ünvan: Bakı ş., İnşaatçılar prospekti 39. ADMİU-nun əsas tədris binası Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsi.