ADMİU-da narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib
Oktyabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşkilatçılığı ilə universitetin Rəssamlıq fakültəsinin tələbələri üçün narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib. Tədbiri giriş nitqi ilə ADMİU-nun Elm və Yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva açaraq dövrümüzün bəlası olan narkomaniya və digər asılılıqlardan danışıb, onların gətirdiyi fəsadları vurğulayıb.
ADMİU Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin sədri Ülkər Rzayeva və layihələr üzrə mütəxəssis Günel İbrahimova mövzu ilə bağlı fikirlərini bölüşdükdən sonra söz qonaqlara verilib.
Qurtuluş Reabilitasiya Mərkəzinin korpus rəhbəri, qeyri-kimyəvi asılılıqlar üzrə mütəxəssislər Dadaş Dadaşov, Nicat Həsənzadə, proqram rəhbəri Məmmədrza Qafarov, PR Və ictimai əlaqələr şöbəsinin müdiri Qurban Orucov, korpus rəhbəri, sosiallaşma və adaptasiya üzrə mütəxəssis Elnur Quliyev çıxış edərək narkomaniyanın və digər asılılıqların cəmiyyətə vurduğu zərərlərdən danışıblar.
Çıxışlardan sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb, tədbir diskussiya şəklində davam etdirilib.