ADMİU-da narkomaniyaya qarşı tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamın ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə” dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı 4 oktyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin “Sosial-mədəni fəaliyyət” kafedrasının təşəbbüsü və Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşkilatçılığı ilə “Narkomaniya yox” adlı maarifləndirici tədbir təşkil olunmuşdur. Tədbirdə Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqasının sədri Elçin Çobanzadə və Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov çıxış etmişdilər. Tədbiri açılış nitqi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və Yaradıcılıq işləri üzrə prorektoru dos. Sədaqət Əliyeva çıxışın da qeyd etdi ki, universitetin rektoru professor Ceyran xanım Mahmudovanın adından təşəkkürümüzü bildiririk və maarifləndirici tədbirlər silsilə halında universitetimizdə keçirilib. Sədaqət xanım vurğuladı ki, narkomaniya dünyanın qlobal probleminə çevirilib və bütün bəşəriyyəti düşündürür. Daha sonra Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqasının sədri Elçin Çobanzadə çıxış edərək, layihənin məqsədləri haqqında məlumat verib.
Tədbirin moderatoru Günel İbrahimova iştirakçılara qonaqları təqdim edib. Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, Qafarov Məmmədrza – proqram rəhbəri, Orucov Qurban – PR və ictimai əlaqələr şöbəsinin müdiri, Həsənzadə Nicatkorpus rəhbəri, kimyəvi asılılıqlar üzrə mütəxəssis narkomaniyanın cəmiyyətə vurduğu zərərlər barədə geniş məruzə ilə çıxış ediblər.
El-1 idman liqasının idmançısı, dünya və Asiya çempionu Rəsul Rəhimov və digər iştirakçılar da mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirin sonunda belə tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb və iştirakçılarla xatirə fotosu çəkilib.