ADMİU-da “Natamamlıq kompleksi və onun izləri” mövzusunda təlim keçirilib
Oktyabrın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qruplarının tələbələri üçün universitetin psixoloqu Aynur Rəhimova tərəfindən “Natamamlıq kompleksi və onun izləri” mövzusunda təlim təşkil olunub.
Təlim zamanı natamamlıq hissi, natamamlıq və üstünlük kompleksi, həmçinin neqativ emosiyalar və onların yaratdığı psixoloji və davranış problemləri haqqında ətraflı məlumat verilib. Görüş zamanı tələbələrin mövzu ilə bağlı fikirləri dinlənilib, psixoloji texnikalar tətbiq olunub və interaktiv müzakirələr aparılıb.
Təlimin məqsədi tələbələrdə özünü daha dərindən tanımaq, daxili gərginlik və komplekslərlə mübarizə bacarıqlarını inkişaf etdirmək, həmçinin emosional sağlamlığı gücləndirmək olub.
Belə tədbirlər ADMİU-da tələbələrin psixoloji rifahının və şəxsi inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin davamıdır.