ADMIU-da “Niyə incəsənət mühümdür?” mövzusunda konfrans keçirilib
Aprelin 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən növbəti “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TİPx: Niyə incəsənət mühümdür?” mövzusunda konfrans keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən məkan dəstəyi verilən konfransda universitetin tələbələri, ekspertlər və qonaqlar iştirak ediblər.
Konfransın spikerləri- Əməkdar mədəniyyət işçisi Rahib Azəri, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, kinorejissor və kinoşünas, ADMİU-nun müəllimi, Əməkdar incəsənət xadimi Ayaz Salayev, sənətşünas- bloger Təyyubə Heydərova mövzu ilə bağlı fikirlərini bölüşüb, öz təcrübələrindən çıxış edərək tələbələrə incəsənət sahəsində karyerə qurmaq barədə önəmli tövsiyələrini veriblər.
Çıxışlardan sonra tələbələri maraqlandıran suallar peşəkarlar tərəfindən cavablandırılıb. Tədbir diskussiya şəklində davam edib.