ADMİU-da “Problem əsaslı öyrənmə” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Strateji inkişaf planına müvafiq davamlı olaraq professor-müəllim heyətinin peşə bacarıqlarının təkmilləşdirilməsinə yönəlmiş tədbirlər keçirilir. Növbəti təlim “Problem əsaslı öyrənmə” (PBL – Problem-based learning) mövzusunda baş tutub.
PBL tələbələrin problemlərin həllində tənqidi təfəkkür və analitik bacarıqları tətbiq etmələrini təmin etmək üçün tədrisdə problem əsaslı təlim metodunun tətbiqini nəzərdə tutur.
Təlimlərə Sosial-siyasi elmlər, Sosial-mədəni fəaliyyət, Ədəbiyyat və dillər, Muzeyşünaslıq və turizm, Teatrşünaslıq, Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müəllimləri iştirak ediblər.
Fevralın 10-da ADMİU-nun professor-müəllim heyəti üçün nəzərdə tutulan təlimlər Fəxri Məhəmmədzadə tərəfindən həyata keçirilib.
Məlumat üçün bildirək ki, Fəxri Məhəmmədzadə Heydər Əliyev Fondu nəzdində Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Azərbaycan Respublikasının Gənclər Fondu Gənclərin İnkişafı və Karyera Mərkəzi, Təhsildə İnnovasiyalar Mərkəzi və Elm və Təhsil Nazirliyində layihə meneceri, layihə və təlim meneceri, baş menecer kimi vəzifələrdə işləyib, layihələrində iştirak edib. Həmçinin bir sıra universitetlərdə pedaqoji fəaliyyətlə məşğuldur.