ADMIU-da qansu vilayətinin UNESCO Assosiasiyasinin nümayəndə heyəti ilə görüş
İyunun 10-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Çin Xalq Respublikasının Qansu Vilayətinin UNESCO Assosiasiyasının sədri Du Yuncunun rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan UNESCO Klubları Asossiasiyasının sədri Cahangir Hacıyev ilə görüş olub.
Qonaqları salamlayan rektor Ceyran Mahmudova universitetin fakültələri və tədris olunan ixtisaslarla bağlı ətraflı məlumat verib. Eləcə də Azərbaycanda ilk dəfə olaraq ADMİU-da tədris olunan MBA Art Menecment ixtisası haqqında qonaqları məlumatlandırıb. Qonaqların suallarını cavablandıran rektor əcnəbi tələbələrin ADMİU-da keyfiyyətli təhsil almaları üçün bütün şəraitin olduğunu xüsusi vurğulayıb.
Tədbirdə iştirak edən ADMİU-nun Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, dosent Elçin Cəfərov universitetin beynəlxalq layihələrdə iştirakı ilə bağlı qonaqları məlumatlandıraraq Katalizator Art Hub, Süni intellekt və teatr və s. kimi layihələrin əhəmiyyətini vurğulayıb.
Sonda hər iki tərəfə xatirə hədiyyələri təqdim edib.
Görüşdən sonra qonaqlar ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nizami Əsədovun müşayiəti ilə Universitetin sərgi və tədris auditoriyaları ilə yaxından tanış olublar.