ADMİU-da şəxsi inkişafla bağlı təlim keçirilib
Mayın 1-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Boğaziçi kampus-yaşam koçu şəxsi inkişaf mentoru Günel Piriyeva tərəfindən təlim keçirilib.
Təlimin məqsədi tələbələrə öz məqsədlərini müəyyənləşdirmək və onlara doğru sistemli şəkildə irəliləməyi öyrətmək, daxili motivasiyanı gücləndirmək və özünəinamı artırmaq, qarşıya çıxan çətinliklərə baxmayaraq, əzm və səbrlə davam etmə bacarığını formalaşdırmaq, uğur yolunda mentallıq və davranış dəyişikliklərinin əhəmiyyətini dərk etdirmək, praktik alətlər və metodlarla şəxsi inkişaf prosesinə rəhbərlik etməyi öyrətməkdir. Təlim motivasiya və fərdi inkişafla bağlı praktiki məşğələlər, interaktiv müzakirələr və fərdi tapşırıqlarla yekunlaşıb.