Admiu-da təhsil alan magistr tələbəsinin “Səhnədəki ömür” adlı elmi məqaləsi işıq üzü görüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin Rejissor sənətinin tarixi və nəzəriyyəsi ixtisasında təhsil alan II kurs magistr tələbəsi Sürayyə Əzizovanın “Səhnədəki ömür” adlı elmi məqaləsi Türkiyə Cumhuriyyətinin “Töre” (Fikir, sənət və ədəbiyyatta) adlı sənət jurnalında işıq üzü görüb.
     Məqalədə milli teatrımızın ilk peşəkar aktyoru, rejissor, teatrşünas, realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun (Cahangir Məşədi Rza oğlu Zeynalov) həyat və yaradıcılığı, o cümlədən teatrımıza verdiyi töhvələr və nəsil şəcərəsi yer alıb.