ADMİU-da tələbə məmnuniyyəti sorğusu
ADMİU-da I tədris ilində təhsil alan tələbələr arasında “Tələbə Məmnuniyyəti Sorğusu” keçirilir. Sorğuda iştirak etməklə tədris prosesinin və universitet xidmətlərinin daha da təkmilləşdirilməsinə öz töhfənizi verə bilərsiniz. Sorğu Keyfiyyət təminatı və strateji planlama departamenti tərəfindən keçirilir.
ADMİU olaraq hər bir tələbənin fikrini dəyərli hesab edirik. Sizin geri bildirişiniz bizim üçün önəmlidir.
Qeyd: Sorğu tam anonim şəkildə aparılır və nəticələr yalnız təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə istifadə olunacaq.
Sorğuda iştirak etmək üçün afişada yerləşdirilmiş QR kodu skan edə və ya aşağıdakı keçidə daxil ola bilərsiniz:
👉 [forms.office.com/r/ihm6UU1jV9]
🕒 Sorğunun keçirilmə müddəti: 1–25 dekabr

