ADMİU-da tələbə rifahı sorğusu
ADMİU tələbələrinin akademik, psixoloji və sosial rifahını daha yaxşı anlamaq məqsədilə yeni sorğu başlayıb. Sorğu tam anonim şəkildə aparılır.
Araşdırmanın məqsədi tələbələrin tədris mühitindən, sosial və psixoloji dəstək sistemlərindən məmnuniyyətini öyrənmək, mövcud ehtiyacları müəyyənləşdirmək və universitet mühitini daha da inkişaf etdirməkdir.
ADMİU olaraq hər bir tələbənin fikrini dəyərli hesab edirik. Sizin geri bildirişiniz universitetdə tədrisin keyfiyyətinin, sosial mühitin və psixoloji dəstəyin gücləndirilməsinə birbaşa töhfə verəcək.
Sorğuda iştirak etməyiniz gələcək təkmilləşdirmələr üçün böyük əhəmiyyət daşıyır.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfovZ4d3nSI-wRJPPaqMK_4g6nBKqNRe_qZ_VrNegDcGkkfaw/viewform

