ADMİU-da tələbələr üçün əlavə təqaüd təyin edilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2025-2026-cı təhsil ili üçün
Bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb olunan:
- 6003018 – Vokal sənəti (sahələr üzrə),
- 6003009 – İnstrumental ifaçılıq (sahələr üzrə),
- 6003011 – Musiqişünaslıq,
- 6003010 – Qrafika,
- 6003016 – Rəngkarlıq
ixtisasları üzrə qabiliyyət imtahanlarda ən yüksək bal (10 bal) toplayan və D/S ilə qəbul olan tələbələrə universitet tərəfindən tədris ilinin hər ayı üçün əlavə 100 manat məbləğində təqaüd təyin edilib.
Eləcə də Magistratura səviyyəsində xüsusi qabiliyyət tələb olunan:
- 7003009 – İnstrumental ifaçılıq,
- 7003011 – Musiqişünaslıq,
- 7003016 – Rəngkarlıq,
- 7003010 – Qrafika
ixtisaslarına D/S ilə qəbul olan magistrantlara universitet tərəfindən tədris ilinin hər ayı üçün əlavə 100 manat məbləğində təqaüd təyin edilib.