ADMİU-da Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
ADMİU-nun Kulturologiya fakültəsi və Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.
Tədbir zamanı Ulu Öndərin dövlət quruculuğuna verdiyi töhfələr, mədəniyyət sahəsində həyata keçirdiyi əhəmiyyətli siyasət və Azərbaycan mədəni irsinin zənginləşməsindəki rolu geniş şəkildə işıqlandırılıb.
Çıxışlar zamanı Heydər Əliyevin milli dəyərlərin qorunması və gənclərin inkişafına yönəlmiş ideyalarının önəmi vurğulanıb, mövzu ətrafında iştirakçılar arasında dəyərli müzakirələr aparılıb.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin xatirəsi xalqımız üçün hər zaman müqəddəs və əziz olaraq yaşayır.

