ADMİU-da Ümumdünya Autizm Gününə həsr olunmuş tədbir keçiriləcək

Aprelin 4-də “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, (ADMİU) “Əlilliyi olan şəxslərin Təşkilatları İttifaqı”nın, “Autizmli uşaqların ailələrinə dəstək” İctimai Birliyinin və “Ülkər Psixologiya Departamenti”nin dəstəyi ilə ADMİU-da “2 aprel – Ümumdünya Autizm Günü”nə həsr olunmuş “Rəngli Dünyalar:- Autizm və Sevgi” adlı tədbir keçiriləcək. Tədbirdə əsas məqsəd autizmli uşaqların ailələrinin qarşılaşdığı problemlər, ailələrin autizmlə apardığı mübarizə və autizmli uşaqların ailələrinin uşaqlarının inkişafına göstərdiyi diqqət və qayğı, autizmli uşaqları cəmiyyətə necə qazandırmalı olduqları haqqında mesajlar ötürməkdir. Tədbirdə autizmli uşaqların ifasında bədii hissə təqdim ediləcək: uşaqlar mahnı oxuyacaq, şeir söyləyəcək, musiqi alətində ifa edəcək, intellektual söz yarışması, analarla uşaqların Valsı və ana ilə uşağın mahnısı təqdim ediləcək. Tədbir zamanı Autizmli uşaqların əl işlərindən ibarət satış-sərgi təşkil olunacaq.
Tədbirin sonunda dəvət olunan qonaqlar çıxış edəcək və iştirakçı uşaqlara həvəsləndirici hədiyyələr təqdim olunacaq.