ADMİU-da Yay semestri davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.4. bəndinə əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Yay semestri təşkil olunmuşdur.
Yay semestri 12 iyul 2024-cü il tarixindən 22 avqust 2024-cü il tarixinədək davam edəcək. Yay semestrində universitetin bütün fakültələrindən 53 fənn üzrə 85 tələbə iştirak edir.
Bundan əlavə, qeyd olunan qaydaların 3.4.1.4. bəndinə əsasən ADMİU ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələrinə müvafiq kreditlərin qazanmasına şərait yaratmışdır.
Azərbaycan Milli Konservatoriyasının bir tələbəsi Psixologiya-2, Bakı Musiqi Akademiyasının bir tələbəsi isə Ali məktəb pedaqogikası fənlərindən Yay semestrində dərslərə cəlb olunmuşlar.