ADMİU-da yeni tədris ilinin başlanması münasibəti ilə əcnəbi tələbələrlə görüş keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yeni tədris ilinin başlanması münasibətilə əcnəbi tələbələrlə görüş təşkil olunub. Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor Sevil Kərimova, Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Məsturə Quliyeva və Əcnəbi tələbələrlə iş sektorunun müdiri Emil Hacıyev iştirak ediblər
Tədbirdə müxtəlif fakültələrdə təhsil alan əcnəbi tələbələrlə yanaşı, həmin fakültələrin nümayəndələri də yer alıblar. Görüş zamanı çıxış edən Sevil Kərimova tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb və universitetin mədəniyyət və incəsənət yönümlü tədbirlərində aktiv iştirak etməyə çağırıb.
Eyni zamanda tələbələrə tədris prosesi, miqrasiya məsələləri və onların hüquq və öhdəlikləri barədə ətraflı məlumat verilib, rəsmi prosedurlarla bağlı suallar cavablandırılıb.
Görüşün sonunda hazırlıq kursunu uğurla başa vuran və bakalavr pilləsində təhsilə başlayan əcnəbi tələbələrə ixtisaslarına uyğun olaraq sertifikatlar təqdim edilib.