ADMİU-da Yuvenal Ədliyyədə Sosial iş mövzusunda məruzə deyilib
Aprelin 28-də Sosial-mədəni fəaliyyət kafedrasının təşəbbüsü və Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) magistr I kurs tələbəsi Eşqin Yusifli tərəfindən sosial iş ixtisasının tələbələrinə Yuvenal Ədliyyədə sosial iş adlı məruzə deyilib. Məruzəçi çıxışında yuvenal ədliyyənin əsas məqsədindən, ən önəmli prinsiplərindən bəhs edib. Qeyd edilib ki, Azərbaycanda da son dövrlərdə uşaq hüquqlarının qorunması sahəsində addımlar atılır, hüquqi islahatlar həyata keçirilir. Məruzədə həmçinin, uşaqlarla bağlı işlərdə xüsusi yanaşmalar tətbiq olunmasının vacibliyindən danışılıb. Seminar sual- cavabla yekunlaşıb.