ADMİU-da doktorantura ixtisas imtahanlarının vaxtı

2025-ci ilin oktyabr ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutacaq doktorantura ixtisas imtahanlarının vaxtı açıqlanıb.

23 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində fəlsəfə doktoru proqramı üzrə ixtisas fənni imtahanı keçiriləcək.

İmtahan ADMİU-nun Elmi Şura zalında (Əsas korpus, II mərtəbə) baş tutacaq və saat 11:00-da başlayacaq.

Fəlsəfə doktoru proqramı üzrə ixtisas imtahanlarının verilməsi üçün müraciət edənlərin siyahısı:

SaySoyadı, adı, atasının adıİxtisas
1.Heydərli Şəhla Kərim qızı6212.01 – Teatr sənəti
2.Əliyev Hikmət Nəcəf oğlu6215.01 – Təsviri sənət
3.Heydərova Ayləl Arif qızı6203.01 – İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi