ADMİU doktoranturaya qəbul elan edir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2026/2027-ci tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Müraciət edəcək şəxslər Elm və Təhsil Nazirliyinin www.portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun qeydiyyatdan keçməlidirlər.
Plan yerləri:
6203.01 – İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi
6212.01 – Teatr sənəti
6214.01 – Kino, tele və digər ekran sənətləri
Onlayn ərizələrdən əlavə, doktoranturaya qəbul olmaq istəyənlər ADMİU-ya aşağıdakı sənədləri təqdim etməlidirlər.
– ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
– kadrların şəxsi-qeydiyyat vərəqi;
– tərcümeyi-hal;
– 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);
– iş yerindən xasiyyətnamə;
– iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
– çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
– ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
– şəxsiyyəti təsdiq edən sənədin surəti.
Bundan əlavə, doktoranturaya qəbul olmaq istəyən şəxs nəzərdə tutulan elmi rəhbərin rəhbərliyi həyata keçirmək barədə razılıq qərarını yazılı surətdə qəbul komissiyasına təqdim etməlidir.
Sənəd qəbulu üçün başlanğıc tarix: 19.05.2026
Sənəd qəbulu üçün son tarix: 08.06.2026
Qəbul qaydaları haqqında əlavə məlumat almaq istəyənlər ADMİU-nun Elm və doktorantura şöbəsinə müraciət edə bilərlər. Əlaqə nömrəsi: (+994 12) 599-00-54
Doktoranturaya qəbul qaydaları haqqında daha ətraflı: https://e-qanun.az/framework/19800

