ADMİU Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqresin bədii hissəsində

Dekabrın 19-da Heydər Əliyev Mərkəzində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) yaranmasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konqresin açılış mərasimi keçirilib.
İlk olaraq Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konqresin açılış mərasimində səhiyyə naziri Teymur Musayev tərəfindən Prezident İlham Əliyevin konqres iştirakçılarına müraciəti oxunub.
Rəsmi hissədən sonra konqres bədii hissə ilə davam edib.
Bədii hissədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələrindən ibarət Xalq çalğı alətləri orkestri (bədii rəhbər Prezident mükafatçısı Mustafa Aşurov) və ADMİU-nun “Xəzər” tələbə Xor kollektivi (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova), Toğrul Abıyev və Fidan Süleymanzadə (müşayiət edir: Səxavət Məmmədov və Anar Yusubov), Mədinə Səlimova və tanınmış müğənni Çinarə Məlikzadə ifaları ilə qonaqlara unudulmaz anlar yaşadıblar.