ADMİU ilə Ankara Hacı Bayram Vəli Universiteti arasında onlayn sərgi keçirilir

Xəbər verdiyimiz kimi, cari ilin may ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Türkiyənin Ankara Hacı Bayram Vəli Universiteti arasındakı Memorandum yenilənib. İki universitet arasındakı birgə əməkdaşlığı tənzimləyən Memorandum çərçivəsində, əlaqələr getdikcə genişlənməkdədir.
Bu sıradan 11-25 iyul arasında HBV Virtual Sənət Qalereyasında keçirilən “Baharın rəngləri” adlı Beynəlxalq Onlayn Plastik Sənətlər Sərgisi əlamətdardır.
Hər iki universitetin Rəssamlıq fakültələrinin ortaq sərgisini sizə təqdim edirik: