ADMİU məzunları uğur yolunda: təcrübədən karyeraya
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya mərkəzində artıq bir neçə ildir ki, Kulturologiya fakültəsinin “Kitabxana-informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri üçün istehsalat təcrübəsi və könüllülük fəaliyyəti təşkil olunur.
Kitabxana-informasiya mərkəzi yalnız informasiya mənbəyi olmaqla kifayətlənmir, eyni zamanda məzunların peşəkar bacarıqlarının inkişaf etdirilməsi və kayera imkanlarının genişləndirilməsi istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirir. Karyera imkanlarının əsas prioritet istiqamətlərindən biri də ixtisasçı tələbələrin peşə bacarıqlarının formalaşdırılması, əmək bazarının tələblərinə cavab verən bacarıqlı kadrların hazırlanmasıdır.
Təcrübə prosesi zamanı tələbələr aşağıdakı istiqamətlər üzrə təcrübi bacarıqlara yiyələnirlər:
- kitabxana-informasiya fəaliyyətinin təşkili;
- elektron kataloqlar və elektron informasiya bazaları ilə iş;
- rəqəmsal informasiya resurslarının formalaşdırılması və idarə edilməsi;
- müasir kitabxana proqramı və texnologiyalarından istifadə;
- kitabxana-informasiya xidmətinin təşkili.
Əlavə olaraq, bu proses çərçivəsində kitabxana məzunlarla mütəmadi əlaqə saxlayır, onların universitet ilə bağlılığını gücləndirir və peşəkar, sosial əlaqələrin inkişafına dəstək olur. Bu məqsədlə, məzunların yaranmış yeni iş imkanları ilə tanış olması üçün sosial şəbəkələrdə mərkəzin rəsmi səhifələri vasitəsilə müntəzəm olaraq elanlar təqdim olunur. Eyni zamanda tələbələr və məzunlar arasında təcrübə paylaşımı və qarşılıqlı əməkdaşlıq imkanları yaradılır.
Kitabxana tərəfindən təşkil olunan seminarlar, təlimlər və vebinarlar məzunların real iş dünyasına hazırlığını artırır, onları müasir informasiya texnologiyaları və resurslarından istifadə sahəsində bilikli edir. Odur ki, mərkəz həm məzunların kariyera inkişafında, həm də universitetin peşəkar şəbəkəsinin genişlənməsində vacib rol oynayır.
Məzunların əmək bazarında işlə təmin olunmasında dəstək olmaq üçün Kitabxana-informasiya mərkəzində təcrübə keçmiş məzunlar digər kitabxanalarda çalışsalar da, onlarla əməkdaşlıq əlaqələri davam etdirilir.
Bu fakt ADMİU-nun təcrübəyönümlü tədris modelinin, eyni zamanda Kitabxana-informasiya mərkəzinin kadr hazırlığında oynadığı mühüm rolun bariz göstəricisidir.
Həmin məzunlardan bir neçəsini diqqətinizə təqdim edirik.

