ADMİU məzunlarının növbəti uğuru

IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı başa çatıb. “İlahilik (Divine)” mövzusuna həsr olunmuş builki festivalın əsas tərəfdaşı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub.
Bağlanış mərasimində qaliblər elan edilib, mükafatlar təqdim olunub, münsiflər və rejissorlar festivalla bağlı düşüncələrini paylaşaraq sənədli filmin insan ruhuna təsirini bir daha vurğulayıblar.
Festivalın qalibləri sırasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunları da var. Belə ki, festivalın dokuecho: təbiət haqqında ən yaxşı sənədli film kateqoriyasında jürinin xüsusi mükafatına layiq görülən filmlərdən biri ADMİU-nun məzunu, gənc rejissor Araz Quliyevin “Fraşa – Kriti” filmidir.
Ekran işinin rejissor assistenti Sevinc Mahmudova, operatoru Sadıq Əliverdibəyli, bəstəkarı Əli Cəfərzadə, rəng korreksiyaçısı Etka Kızıltepe və icraçı prodüseri Leyla Şahdır.
Yaradıcı heyət üzvlərinin əksəriyyətinin ADMİU məzunları olması ilə yanaşı, film eyni zamanda rejissor Araz Quliyev və operator Sadıq Əliverdibəylinin diplom filmidir.