ADMİU nümayəndə heyəti “Study in Azerbaijan” beynəlxalq sərgisində iştirak edir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudovanın rəhbərlik etdiyi nümayəndə heyəti Almatı şəhərində keçirilən “Study in Azerbaijan” beynəlxalq sərgisində iştirak edir.
Qeyd edək ki, sərgi Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq səviyyədə tanıdılması, xarici tələbələrin ölkəyə cəlb olunması və universitetlərarası əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.
Sərginin ilk günündə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek universitetlərin stendlərini ziyarət edərək tanış olublar.
Sərgidə Almatı şəhərinin və ətraf ərazilərin məktəbliləri, təhsil nümayəndələri iştirak ediblər. Məktəblilər tərəfindən böyük marağa səbəb olan ADMİU-nun stendində universitet nümayəndələri ali təhsil ocağının təhsil proqramları və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat veriblər.
Bildirilib ki, sərgi Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə təşviqi və yeni əməkdaşlıqların qurulmasına xidmət edir.

