ADMİU-nun əməkdaşları Başqırdıstanda keçirilən yaradıcılıq Forumunda iştirak ediblər
16-19 sentyabr 2024-cü il tarixlərində Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində MDB üzvü olan dövlətlərin yaradıcı və elmi ziyalılarının “Müstəqil Dövlətlər Birliyi: ortaq dəyərlər və mədəniyyətlərin müxtəlifliyi” mövzusunda XVII Forumu keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektorunun təqdimatı ilə foruma universitet əməkdaşları Validə Məmmədova, Yaqut Paşayeva, Mikayıl Mikayılov, Tural Mustafayev ezam ediliblər.
Onlar “Birlik ölkələrinin yaradıcı universitetləri arasında qarşılıqlı əlaqə”, “Birlik ölkələrinin yaradıcı yenilikləri və milli mədəni ənənələri” və “MDB məkanında rəqəmsal transformasiya dövründə elm və təhsil” dəyirmi masalarında çıxış edərək universitetimiz üçün maraqlı və önəmli problemlərlə bağlı çıxışlar etmiş, diskussiyalarda mülahizələrini söyləyiblər.
Nəticədə nümayələndələrimizin irəli sürdüyü: ikili diplomlar, ziyalılar və müxtəlif dini konfesiya nümayəndələrinin forumu, MDB məkanının ali məktəblərinin arasında sənət əsərlərinin bərpası ilə bağlı mütəxəssis mübadiləsinin təşkili, birgə yaradıcılıq layihələrinin- teatr tamaşalarının hazırlanması kimi təkliflər müvafiq dəyirmi masalaların qərar layihəsinə salınaraq Forumun təntənəli bağlantısı zamanı yekun qətnamənin qəbulunda səsləndirilib.