ADMİU-nun Audiovizual sənətlər fakültəsinin Ədəbiyyat və dillər kafedrasına 2024/2025-ci tədris ili üzrə əvəzçiliklə 0,5 stat vahidinə müvafiq sahədə təhsili və pedaqoji təcrübəsi olan müəllimlərin işə qəbulu elan olunur
Fənlərin siyahısı:
- Mifologiya;
- Xarici dildə işgüzar kommunikasiya1 (rus dili).
Tələblər:
- Tədris olunan fənlərə uyğun baza təhsili;
- Ən azı 3 il elmi-pedaqoji təcrübə;
- Ms Office proqramları üzrə biliklər;
- İnnovativ tədris metodlarından istifadə;
- Müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyət qabiliyyəti.
Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər.
Müraciət üçün son tarix: 10.09.2024-cü il saat 18:00
Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)