ADMİU-nun baş müəllimi Kənan Bağırov “Heydər Əliyev” Fəxri Media Mükafatı ilə təltif edilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Sosial – mədəni fəaliyyət” kafedrasının baş müəllimi Kənan Bağırov Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı və Media Araşdırma Mərkəzi tərəfindən “H.Əliyevin anadan olmasının 102 illiyi” münasibəti ilə “Heydər Əliyev” Fəxri Media Mükafatı ilə təltif edilib. Mükafatın təqdim edilməsi İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş tədbirində həyata keçirilib.
Kənan Bağırov Respublikanın ictimai – siyasi həyatında xüsusi xidmətlərinə, rəhbərlik etdiyi İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin tələbələrinin ictimai fəaliyyətinin təmin olunmasına, keyfiyyətli təhsil mühitinin yaradılmasına, eləcə də ölkədə gənc nəslin inkişafı üçün həyata keçirdiyi tədbirlərə, ali təhsil müəssisələrində uğurlu pedaqoji fəaliyyətinə və Ulu Öndər Heydər Əliyevin irsinin geniş təbliğinə görə bu mükafata layiq görülüb.