ADMİU-nun bir sıra gənc əməkdaşı 2 Fevral Gənclər Günü münasibəti ilə təltif olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəlik məsələlərinə keçməzdən öncə Universitetin rektoru professor Ceyran Mahmudova 2 Fevral Gənclər Günü münasibəti ilə gənc əməkdaşları təbrik edib, onlara gələcək həyatlarında və karyeralarında daha böyük uğurlar arzulayıb.

Eyni zamanda, ali təhsil ocağının səmərəli fəaliyyəti ilə fərqlənən bir sıra gənc əməkdaşına Gənclər Günü münasibəti ilə sertifikatlar təqdim olunub.

Sabir Abbaszadə, Vəsilə Quliyeva, Fatma Şabanova, Fidan Cəfərli, Rusif Əliyev, İlahə Əhmədova, Sənubər Həşimova, Əli Hacılı, Aydan Salmanova və Fatimə Qasımova ADMİU-nun Həmkarlar İttifaqı Komitəsinin təqdimatı əsasında rektor Ceyran Mahmudova tərəfindən sertifikatlarla təltif olunublar.