ADMİU-nun Davamlı İnkişaf Məqsədləri üzrə Qlobal Reytinqdə Nailiyyətləri Artıb
THE Impact Rankings 2025
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), 2025-ci il üzrə dünyanın ən nüfuzlu ali təhsil reytinqlərindən biri olan Times Higher Education (THE) Impact Rankings-də mühüm irəliləyişə nail olub. Əgər ötən il universitet yalnız 4 Davamlı İnkişaf Məqsədi (SDG) üzrə müraciət etmişdisə, bu il bu say 10 SDG-yə çatdırılıb.
2025-ci il üzrə əldə olunan nəticələr:
- Ümumi SDG göstəricisi – 1501+
- SDG 3: Sağlam həyat və rifah – 1501+
- SDG 4: Keyfiyyətli təhsil – 1001-1500-cü yerlər
- SDG 5: Gender bərabərliyi – 801-1000-ci yerlər
- SDG 8: Layiqli əmək və iqtisadi artım – 1001+
- SDG 9: Sənaye, innovasiya və infrastruktur – 1001+
- SDG 10: Bərabərsizliyin azaldılması – 801-1000-ci yerlər
- SDG 11: Davamlı şəhərlər və icmalar – 601-800-cü yerlər
- SDG 13: İqlim dəyişmələrinə qarşı tədbirlər – 801-1000-ci yerlər
- SDG 16: Sülh, ədalət və effektiv institutlar – 1001+
- SDG 17: Məqsədlər üçün tərəfdaşlıq – 1501+
Bu nəticələr ADMİU-nun beynəlmiləlləşmə, sosial məsuliyyət, davamlı inkişaf və keyfiyyətli təhsil sahəsində atdığı addımların beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Universitet 2024-cü ildə yalnız 4 SDG üzrə reytinqə müraciət etmişdi, 2025-ci ildə isə bu say iki dəfədən çox artırılaraq 10 məqsədə çatdırılıb. Bu, institusional inkişaf strategiyasının və beynəlmiləlləşmə səylərinin uğurlu nəticəsidir.