ADMİU-nun diplomçuları səhnədə…

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisasının 4-cü təhsil ili tələbələri diplom tamaşalarını təhvil veriblər.
Dahi rus yazıçısı Qoqolun “Müfəttiş” komediyası əsasında hazırlanmış eyniadlı səhnə işi tələbələr tərəfindən uğurla təqdim olunub.
Kursun rəhbəri Əməkdar artist Qurban Məsimovdur.