ADMİU-nun dizayner tələbələri imtahan işlərini Üzeyir Hacıbəyliyə həsr etdilər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Geyim dizaynı ixtisasında təhsil alan tələbələrinin semestr imtahan işi təqdim olunub. Tələbələr bu dəfəki kolleksiyanı Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr ediblər.
“Üzeyir sədaları” adlı kolleksiyada milli aksessuarlardan, parçalar, müxtəlif musiqi not printlərindən istifadə olunub.
Kursun rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Aysel Əzizovadır.