ADMİU-nun dizayner tələbələrinin geyim kolleksiyaları “Mədəniyyət” TV-də nümayiş olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının geyim dizaynı ixtisasında təhsil alan 4-cü təhsil ili tələbələri və magistr tələbəsi iki dəfə müxtəlif zamanlarda “Mədəniyyət” kanalının qonağı olublar. Onlar ilk dəfə “Tomris”, ikinci dəfə isı “COP29”a həsr olunmuş kolleksiyalarını nümayiş etdiriblər. Hər iki kolleksiya böyük maraqla qarşılanıb.
Qeyd edək ki, kursun rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aysel Əzizovadır.