ADMİU-nun doktorantı Avropa Kino Akademiyasına üzv seçilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) doktorantı, 2022-ci il Prezident mükafatçısı, rejissor Azər Quliyev dünya nüfuzlu Avropa Kino Akademiyasına (European Film Academy) üzv seçilib.
Qeyd edək ki, Azərin son ekran əsəri “Sanki Yoxsan” keçən il Kann film festivalının əsas müsabiqəsində yer alaraq Azərbaycan kino tarixində azərbaycanlı rejissorun Kann festivalının əsas müsabiqəsinə seçilməklə bir tarixi ilkə imza atmışdı. Azər Quliyevin digər filmləri dünya nüfuzlu və əhəmiyyətli Sarajevo, Köln, Tampere, Message2Man və digər festivalların iştirakçısı və qalibi olub. Hazırda Azər ilk tammetrajlı layihəsi üzərində çalışır.